34
23:50
05 Yanvar 2017

Ben Ladenin oğlu sanksiya siyahısında yer aldı

ABŞ Usama ben Ladenin oğlu Həmzə ben Laden və “Ərəbistan yarımadasında Əl Qaidə” qruplaşmasının lideri İbrahim əl-Bana qarşı sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Məlumata görə, Həmzə ben Laden sanksiya siyahısına ABŞ-ın milli təhlükəsizliyi və vətəndaşlarına ciddi təhlükə yaradan fəaliyyətinə görə daxil edilib. Dövlət Departamentinin məlumatına əsasən, o, 2015-ci ilin avqustundan “Əl Qaidə”-nin sıralarına qatılıb və qərb ölkələrin paytaxtlarında hücumlar törətməyə çağırıb.

ABŞ bundan əvvəl İbrahim əl-Banın ələ keçirilməsinə dəstək olana 5 mln. dollar vəd etmişdi.

Qeyd olunan şəxslərin ABŞ ərazisində bütün əmlakı və maliyyə aktivlərinə həbs qoyulub.