42
22:54
04 Yanvar 2017

İstanbulda silahlı insident: 2 yaralı

İstanbulun Fatih rayonunda naməlum şəxs restoranın qarşısında atəş açıb.

APA-nın CNN Turk telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Məlumata görə, naməlum silahlı restoranın qarşısında dayanan avtomobilə atəş açıb. Maşında yaxınlıqda yerləşən özəl universiet müəllimi və restoranın sahibi olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İnsidentin kriminal xarakterli olduğu bildirilir.