44
23:38
03 Yanvar 2017

İstanbuldakı terrorçu kluba bələd imiş

İstanbuldakı terror aktını törədən şəxs “Reina” gecə klubunun gizli giriş-çıxışları da daxil olmaqla, obyektin daxili planına yaxşı bələd imiş. APA -nın “Hurriyyət”ə istinadənn verdiyi xəbərə görə, ilkin istintaqa əsasən, cinayətkar yalnız personala məlum olan üç gizli çıxış daxil olmaqla, klubdakı bütün çıxışların yerini bilirmiş.

Məlumata görə, hücumun əvvəlində terrorçu işıq-səsli qumbaradan istifadə edib. Didjeyin kabinəsindən isə 180-dək güllənin aşkarlandığı bildirilir.

Hücumu törətməkdə şübhəli bilinən şəxs hadisə yerini taksi ilə tərk edib. Məlumata görə, Kuruçeşmə rayonunda taksi saxlayan həmin şəxs sürücüyə üstündə pul olmadığını və onun mobil telefonundan zəng etməyi xahiş edib. Sürücünün sözlərinə görə, həmin şəxs türk dilində danışırmış.