22
11:43
02 Yanvar 2017

SOCAR-dan qaz kəmərində qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

SOCAR-dan Lent.az -a verilən məlumatına görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.

Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq.