40
06:54
02 Yanvar 2017

Çamadanında miqrant keçirən qadın yaxalandı

İspaniya polisi qeyri-qanuni miqrantı sərhəddən çamadanda keçirmək istəyən qadını saxlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mərakeş sahillərindəki İspaniya anklavı olan Seuta şəhərində baş verib.

Məlumata əsasən, 22 yaşlı mərakeşli qadın 19 yaşlı Qabon vətəndaşı olan gənci sərhəddən qeyri-adi üsulla keçirməyə cəhd edib. Qeyd edək ki, ötən gün Afrika ölkələrindən olan 800-ə yaxın miqrant Mərakeş ərazisindən Seutaya keçməyə cəhd edib. Nəticədə polislə miqrantlar arasında baş verən toqquşmalarda 50-yə yaxın asayiş keşikçisi xəsarət alıb.