Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Suonsi” klubunun yeni baş məşqçisi məlum olub.

 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Pol Klementlə yaxın günlərdə müqavilə imzalanacaq.

 

Hazırda “Bavariya”nın baş məşqçisi Karlo Ançelottinin köməkçisi olan 44 yaşlı mütəxəssislə razılıq əldə olunub.

 

Qeyd edək ki, Pol Klement müxtəlif vaxtlarda “Çelsi”, PSJ, və “Real” kimi klublarda məşqçi vəzifəsində çalışıb.

LENT

28 May 2017
27 May 2017
26 May 2017

Digər xəbərlər >>>