24
21:58
29 Dekabr 2016

FHN 1 nəfəri yanğından xilas etdi

Bakıda yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Qaradağ rayonunda Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus ümumi sahəsi 54 m2 olan xidməti vaqonunda baş verib. Nəticədə vaqonun tavanı, divarının taxta və şüşə pambıqdan ibarət üzlüyü 12 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.