41
06:48
29 Dekabr 2016

Obama Trampa zəng etdi

ABŞ Prezidenti Barak Obama və yanvar ayında onu əvəz edəcək Donald Tramp arasında növbəti telefon danışığı olub.

APA -nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp bildirib.

“O mənə zəng etdi. Aramızda olduqca xoş söhbət oldu. Bir çox məsələləri müzakirə etdik. Münasibətlərimiz xoşdur. Mənim qərargahım ilə Ağ Ev administrasiyası arasında olduğu kimi”, deyə D.Tramp qeyd edib.

Ağ Evin yaydığı açıqlamada isə bildirilir ki, siyasətçilər növbəti bir neçə həftə ərzində mütəmadi olaraq əlaqə saxlamaq, yanvarın 20-dək komandaları arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp səlahiyyətləri bitmək üzrə olan Barak Obamanın ona hakimiyyəti rahat şəkildə ötürmədiyini və maneələr yaratdığını bəyan etmişdi.