26
10:12
26 Dekabr 2016

Tanınmış tarixçi Məşədixanım Nemətova vəfat edib

Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 93 yaşında vəfat edib.

Bu barədə Lent.az -a M. Nemətovanın qızı Vəfa Quliyeva məlumat verib.

Onun sözlərinə görə, anasının vəziyyəti noyabr ayından daha da pisləşmişdi: "Şəkəri, beynində müəyyən problemlər var idi. Noyabrın 20-dən halı lap pisləşdi, keçən həftədən yeməkdən kəsildi, son 2 günü su da içmədi. Bu gün 9-a işləmiş dünyasını dəyişdi".

V. Quliyeva deyib ki, anasının dəfni ilə əlaqədar hazırda AMEA rəhbərliyindən cavab gözləyirlər: "Əgər Fəxri Xiyabanda dəfn etmək alınmasa, II Zabrat qəbiristanlığında dəfn olunacaq".