38
19:13
23 Dekabr 2016

Bakıda mənzilində 68 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzilində 68 yaşlı qadının meyiti tapılıb.

Lent.az -ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olub və 1948-ci il təvəllüdlü Abbaszadə Rahilə Bəhram qizinın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.