40
22:40
18 Dekabr 2016

Toydan çıxan Tovuz sakinini maşın vurdu

Tovuzda piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun İbrahim Hacılı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Rauf Hüseynov toydan çıxaraq evə gedən zaman hələki markası məlum olmayan avtomobil onu vurub. R.Hüseynov müxtəlif bədən xəsarətləri il Tovuz rayon Mərkəsi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.