41
13:42
18 Dekabr 2016

Acun Ilıcalı yeni kanal açır - İŞÇİ AXTARIR

Tanınmış türkiyəli prodüsser Acun Ilıcalı yeni telekanal açacaq. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Yunanısyanda "O Səs" və "Survivor" layihələrini həyata keçirən Ilıcalı bu ölkədə telekanal açmaq fikrinə düşüb. O, yunan dilini bilən türkiyəli jurnalistləri işə dəvət edib.

Acun Ilıcalının Yunanıstanda satışa çıxrılan kanallardan birini alacağı və ya tamamilə yeni telekanal yaradacağı hələlik açıqlanmayıb.