121
22:33
17 Dekabr 2016

36 ilin prezidenti 92 yaşlı Muqabe yenə namizəddir

Zimbabvedə hakim partiya 92 yaşlı ölkə başçısı Robert Muqabenin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Muqabenin namizədliyi partiyanın Masvinqo şəhərində keçirilmiş toplantısında yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Muqabe dünyada ən yaşlı ölkə başçısıdır. O, ilk dəfə 1987-ci ildə prezident seçilsə də, faktiki olaraq, 1980-ci ildən, baş nazir təyin ediləndən ölkəyə rəhbərlik edir. Qeyd edək ki, Zimbabve 1980-ci ildə özünü müstəqil elan edib.