39
11:46
14 Dekabr 2016

Azərbaycanda 17 nəfərə sümük iliyi köçürülüb

“Talassemiya Mərkəzinin 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində bu il 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib”.



APA -nın məlumatına görə, bunu Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.


Mərkəz direktoru bildirib ki, 2014-cü ildən bu günədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib:“Mərkəzin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib. 217 nəfərdə uyğunluq müalicəsi aparılıb”.

APA