77
03:48
14 Dekabr 2016

Qaradağda 3 otaqlı mənzil yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan 3 otaqli mənzildə baş verib. Nəticədə mənzilin 2 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.