16
00:58
13 Dekabr 2016

Göygöldə “VAZ" divara çırpıldı, sürücü yaralandı

Göygöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

Rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Cəlil Yolçiyev idarə etdiyi “VAZ 2108” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan divara çırpılıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü əvvəlcə Göygöl rayon Mərkəzi Xəstəxanaya, daha sonra isə Gəncədə olan tibb müəssisələrinin birinə aparılıb. C. Yolçiyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.