



38 yaşlı qadın pomidor turşusundan zəhərləndi - Ağdamda
Ağdamda 38 yaşlı qadın pomidor turşusundan zəhərlənib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Çəmənli kənd saki Zəminə Əliyevanı yaxınları Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Həkimlər Z.Əliyevaya ilkin yardım göstəriblər.
Yaxınlarının APA -verdiyi məlumata görə, Z.Əliyeva özünün ev şəraitində hazırladığı pomidor turşusunu yedikdən sonra özünü narahat hiss edib. Hazırda xəstənin vəziyyəti stabildir.