35
00:54
11 Dekabr 2016

Kafe kül oldu

Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafedə baş verib. Nəticədə, kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.