66
23:46
10 Dekabr 2016

17 yaşlı qızı maşın vurdu

Şəmkirdə piyadanı avtomobil vurub. APA -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində, Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1999-cu il təvəllüdlü Dəmirova Könül Şahin qızı evinin qarşısında yolu keçmək istəyərkən “VAZ” markalı avtomobillə vurulub. Xəsarət alan qız dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının küt travması və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.