26
23:35
10 Dekabr 2016

“MİQ-23” qəzaya uğradı

Suriyanın Homs əyalətində yerləşən Et-Tifor hərbi aerodromunun yaxınlığında hökumət qüvvələrinə məxsus “MİQ-23” qəzaya uğrayıb.

APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb texniki nasazlıq olub.

Məlumata görə, qəza nəticəsində pilot xəsarət almayıb.