40
08:54
08 Dekabr 2016

Bakı-Sumqayıt qatarında gecikmə

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verir. "APA-Economics" xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub. Belə ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. Maşinist gecikməni texniki səbəblərlə izah edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov APA-ya bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.

APA