18
20:22
07 Dekabr 2016

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Dekabr

GÜNÜN ŞƏRHİ

Trampın Suriya siyasəti Əsədin nəzarətində olan bölgələrlə İran arasında tampon bölgə yaratmaqdan ibarət olacaq. Tampon bölgə dedikdə söhbət Türkiyə və İran sərhədləri boyunca kürd muxtar bölgəsinin yaradılmasından gedir. ABŞ-ın Suriya siyasəti hələlik yalnız buna hesablanıb. Bu səbəbdən Hələbin Suriya ordusunun nəzarətinə keçməsi ABŞ üçün strateji planda ciddi itki sayılmır. Vaşinqton həmçinin Hələblə bağlı revanş götürmək imkanlarına sahib olduğunu da bilir. Ölkədə hakimiyyətin ötürülməsi prosesi gedir və indiki məqamda Trampı Suriyadan çox komandasını formalaşdırmaq problemi düşündürür. Bu səbəbdən ABŞ-ın Yaxın Şərq siyasətində aktiv mövqeyə keçməsi təxminən bir il çəkəcək, bu tarixi Birləşmiş Ştatların dövlət katibi postuna real namizədlərdən Meri Bet Lonq da açıqlayıb. Bu, həm də Türkiyənin əlini möhkəmlətmək üçün son imkanıdır. Ankara digər oyunçuların onunla hesablaşmasını istəyirsə, “Fərat qalxanı” çərçivəsində qoyulan hədəflərə maksimum tez yaxınlaşmalıdır. Əl-Babın bombalanması, İŞİD mövqelərinə zərbələrin sürətləndirilməsi göstərir ki, bu reallığı Türkiyə də yaxşı anlayır. Uzun müddətdən sonra strateji nöqtələrin ələ keçirilməsi əməliyyatları bərpa olunub, bu prosesin Binəli Yıldırımın Moskva səfərindən sonra başlaması da gözdən qaçmamalıdır.

Vüqar MƏSİMOĞLU