



Pambıq qəbulu məntəqəsi yandı - Goranboyda
Goranboyda pambıq qəbulu məntəqəsində yanğın olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, məntəqədə yığılan və hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.
Hadisə yerinə FHN-nin Goranboy rayon Yanğından Mühafizə hissəsinin 6 yanğınsöndürən avtomobili və xeyli canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.