18
11:18
07 Dekabr 2016

Bakıda ticarətçilərdən 14800 partlayıcı oyuncaq götürüldü

Bakıda səyyar ticarətlə məşğul olan şəxslərdən partlayıcı oyuncaqlar götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Araşdırma aparılır.