57
22:39
05 Dekabr 2016

Rəqqas səhnədə öldü- VİDEO

Çeçen rəqqas Risvan Husainov Urus-Martan şəhərinin mədəniyyət evi çıxışı zamanı ölüb.

APA TV-nin məlumatına görə, 48 yaşlı rəqqas səhnəyə Çeçenistanın xalq artisti Liza Axmatova ilə birlikdə çıxıb. Lakin çıxışının ikinci dəqiqəsində qəfildən yerə yıxılıb. Şou yoldaşları əvvəlcə nəyin baş verdiyini anlamayıblar.

Sonra məlum olub ki, rəqqasın ürəyi dayanıb. Artistlər təcili yardım çağırsalar da, rəqqasın artıq dünyasını dəyişdiyi müəyyən edilib.