31
13:23
04 Dekabr 2016

Azyaşlı bacı-qardaş xəstəxanalıq oldu - AZƏRBAYCANDA

Bu gün Hacıqabulda azyaşlı bacı və qardaş dəm qazından zəhərlənib.

APA -nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, 2007-ci il təvəllüdlü Rzayeva Türkan Elnur qızı və 2009-cu il Rzayev Elmir Elnur oğlu Hacıqabul şəhərində evlərində dəm qazından zəhərlənib.

Bacı və qardaş Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

APA