31
15:40
03 Dekabr 2016

"Xüsusi xidmət orqanları anamı təcrid edib" - Gülnarə Kərimovanın oğlu

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğlu Özbəkistan rəsmilərindənanasının taleyi ilə bağlırəsmi açıqlama tələb edib.

APA -nın məlumatına görə, babasının adını daşıyanİslam KərimovBBC-yə müsahibəsində deyib ki, anası uzun müddət Daşkənddəki villasının həyətindəki 3 otaqlı yardımçı binada saxlanılıb. İ. Kərimov saxlanma şəraitinin anasının sağlamlığına mənfi təsir etdiyini bildirib. Bununla yanaşı, o qeyd edib ki, anasının psixi durumununpozulması və onun xəstəxanaya yerləşdirildiyi barədə yayılan məlumatlar əsassızdır.


Anasının Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən təcrid olunmuş vəziyyətdə saxlanıldığını qeyd edən İ. Kərimov onlardan anasının taleyi ilə bağlı açıqlama verməyi tələb edib: "Necə olur ki, XXI əsrdə Gülnarənin harada olduğu, hansı şəraitdə və nə üçün saxlanıldığı barədə suala cavab verilmir?!"

O əlavə edib ki, anası ilə birbaşa əlaqəsi yoxdur, lakin Özbəkistanda yaşayan bacısı İmanla əlaqə saxlamaq imkanı var. İ. Kərimovun sözlərinə görə, nə özünə, nə anasına, nə də bacısına babasının dəfninə qatılmağa icazə verməyiblər.

Qeyd edək ki, İ. Kərimov hazırda Londonda yaşayır.

APA