39
11:30
02 Dekabr 2016

Bu gün Mövlud Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA -ya verilən məlumata görə, səfər bu axşam başlayacaq.

Sabah isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq. Görüşün sonunda nazirlər mətbuat konfransı keçirəcəklər.

APA