22
15:28
01 Dekabr 2016

Şura 2017-ci il üçün qrant müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi elan edib.

Şuradan Lent.az -a verilən məlumata görə, təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

Müsabiqə üzrə ərizələrin qəbulu dekabrın 1-dən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır. Müsabiqə qalibləri 2017-ci il martın 1-dən sonra elan olunacaq.

Müsabiqə elanının mətni, qaydaları, şərtləri və digər sənədləri ilə Şuranın e-qht.az, qhtxeber.az və cssn.gov.az saytları vasitəsi ilə tanış olmaq mümkündür.