33
10:41
28 Noyabr 2016

Daha bir qadın dəm qazının qurbanı oldu - BAKIDA

Bakıda daha bir nəfər dəm qazından zəhərlənərək ölüb. Lent.az -ın məlumatına görə, Xətai rayonu Məhəmməd Hadi küçəsində yaşayan 1964-cü il təvəllüdlü Qurbanova Qumru Əlirza qızı və bacısı, 1960-cı il təvəllüdlü Qurbanova Gülnar Əlirza qızı mənzildə dəm qazından zəhərləniblər və təcili tibbi yardım stansiyasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq Q.Qurbanova ölüb, bacısı isə müalicə olunur.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.