83
20:59
26 Noyabr 2016

Poqba və Vitseli qabaqlayan Almeyda 3-cü pillədə

UEFA Avropa Liqasında ən dəqiq ötürmə verən oyunçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Riçard Almeyda adıçəkilən siyahıda 3-cü pillədə yer alıb.

Bu barədə futbol qurumunun rəsmi saytında xəbər verilib. Belə ki, 334 dəfə ötürmə vermək haqqında düşünən Almeyda bunun 299-da məqsədinə çatıb. Riçardın dəqiqlik əmsalı 90%-ə bərabərdi.

Qitənin ikinci dərəcəli klub turnirində ən çox ötürmə verən oyunçu “Roma”nın üzvü Leandro Paredesdi. O, 490 dəfə buna cəhd edib və 457 cəhdi uğurlu olub. Bu isə, 93% dəqiqlik deməkdi.

Turnir cədvəlinin ikincisi “Zenit”li Luis Netodur. 368 cəhdinin 346-da uğurlu olan Netonun faydalılıq əmsalı 94%-ə bərabərdi.

Maraqlıdır ki, Pol Poqba, Aksel Vitsel kimi futbolçular daha aşağı pillələrdə qərarlaşıblar.