31
11:37
26 Noyabr 2016

Yol qəzalarında 3 nəfər ölüb

Respublikada dünən baş verən yol-nəqliyyat hadisələrində 3 nəfər dünyasını dəyişib.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, noyabrın 25-də saat 15 radələrində Astara rayonunun Şahağacı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Təliqə Quliyeva vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bənzər hadisə Ağdamda baş verib. Zəngişalı kəndində rayon sakini Razi Vəliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə həmyerlisi Mehdi Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb və hadisə yerində ölüb

Hər 3 fakt üzrə araşdırma aparılır.