40
13:39
24 Noyabr 2016

AMEA doktoranturasına qəbul başlayır

Azərbaycan Milli Elmlər Akademiyası 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

AMEA-nın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.