47
12:24
24 Noyabr 2016

Türk əsgərlərinə hücumu Əsəd rejimi təşkil edib - TSK - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl Bab şəhəri yaxınlığında 3 hərbçisinin şəhid olması ilə bağlı xəbər yayıb. Lent.az “Doğan” informasiya agentliyinə istinadən xəbər verir ki, rəsmi Ankara gecə saat 03 radələrində Bəşər Əsəd qüvvələrinin bombardmançı təyyarələrinin Türkiyə ordusuna hücum etdiyini və nəticədə 13 hərbçinin yaralandığını bəyan edib. Qaziantepə gətirilən yaralılardan 3-nün həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, “Fərat Qalxanı” əməliyyatları başlayandan bəri Türkiyə ordusunun itkilərinin sayı 16-ya çatıb.

Qeyd edək ki, Əsəd qüvvələri bombardman və digər artilleriya qüvvələri ilə Əl Babla yanaşı, Ray və Cerablus məntəqələrini də atəşə tutub.

***

10:32

Suriyanın Əl Bab bölgəsində türk əsgərlərinə qarşı silahlı hücum təşkil edilib.

Lent.az -ın sözcü-ə istinadən məlumatına görə, İŞİD mənsublarının türk əsgərlərinə silahlı basqını zamanı 3 əsgər ölüb, 7 əsgər isə yaralanıb.