27
21:16
21 Noyabr 2016

Bərdədə 3 otaqlı ev yandı

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Böyük Göyüşlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.