32
09:57
21 Noyabr 2016

46 yaşlı kişi özünü öldürüb - Lənkəranda

Lənkəranda intihar hadisəsi baş verib.

Lənkəran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sütəmirdov kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü İqbal Ağəli oğlu Əliyev yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.