25
13:43
19 Noyabr 2016

Bakıda aptekdən pul oğurladılar

Noyabrın 8-də Bakı şəhər sakini Namiq Məmmədova məxsus aptekdə oğurluq hadisəsi baş verib.

Lent.az -ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aptekdən 3224 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Siyabəddin Məmmədov tutulub.