38
20:19
17 Noyabr 2016

Rusiya bir həftədə 2,6 milyard dollar itirdi

11 noyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 393,1 milyard dollar təşkil edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 4-də bu göstərici 395,7 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 2,6 milyard dollar azalıb.

Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.