36
20:07
17 Noyabr 2016

Amerikalı məmur: “Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir”

Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi.

APA-nın “RİA Novosrti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.

“Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-sabitdir”, - deyə Brink ABŞ-ın İrəvandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.

O, etimad tədbirlərinin möhkəmləndirilməsi, danışıqların bərpa edilməsi istiqamətində iş aparılmasının vacib olduğunu qeyd edib: “Münaqişənin nizamlanması Ermənistan üçün də müsbət olacaq”.