50
11:21
17 Noyabr 2016

Türkiyədə daha bir Qarabağ parkı açılacaq

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, deputat Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb.

Lent.az -ın məlumatına görə, bələdiyyə başqanı yaxın zamanlarda şəhərin mərkəzində qədim Qarabağın adını daşıyacaq böyük parkın salınacağını bildirib.

Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

Q.Paşayeva və Yazgül Abdiyeva bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı Azərbaycana mütləq səfər edəcəyini bildirib. Görüşdən sonra bələdiyyə başqanı millət vəkili Q.Paşayevanı və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanı Aksarayın mərkəzində salınmağa başlayan yüksək səviyyəli yeni parkla tanış edib. Bölgənin mərkəzində yüksək səviyyədə salınan parka millət vəkili Q.Paşayevanın təklifi ilə Qarabağ adı verilməsi qəbul olunub və bu barədə rəsmi açıqlama verilib. Bildirilib ki parkı ziyarət edən Aksaraylıların Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı məlumatlar əldə edə bilməsi üçün önəmli işlər görüləcək və Qarabağ həqiqətlərini özündə əks etdirən abidə qoyulacaq.

-