51
02:25
17 Noyabr 2016

ABŞ-da iki qatar toqquşdu

ABŞ-ın Sitra şəhərində (Florida ştatı) iki yük qatarı toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 nəfər xəsarət alıb.

Məlumata əsasən, toqquşmadan sonra 20 vaqon aşıb.

Qəzanın səbəbi müəyyənləşdirilir.