54
23:20
16 Noyabr 2016

Cerrard "Liverpul"a qayıdır

"Los Anceles Qalaksi"dən ayrılan Stiven Cerrard sabiq klubu "Liverpul"a qayıtmağa hazırlaşır.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, futbolçu karyerasını bitirməyi düşünən 36 yaşlı oyunçu İngiltərə klubu ilə danışıqlar aparır.

Danışıqlar müsbət nəticələnsə, S.Cerardın klubun akademiyasında məşqçi kimi çalışacağı gözlənilir.

Qeyd edək ki, S.Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib.