21
12:10
11 Noyabr 2016

Polislər 35 kq fındıq oğurlayan şəxsi yaxaladı

Zaqatalada fındıq oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da rayon sakini Feyzulla Həsənova məxsus evin həyətindən 35 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən həmyerlisi Elçin Hacıyev tutulub.

Araşdırma aparılır.