28
16:42
10 Noyabr 2016

216 kvadrat metrlik ev yandı

Kürdəmir rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.