46
15:33
09 Noyabr 2016

Erməni hüquq müdafiəçisi Xocalı abidəsini ziyarət edəcək

"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Xocalı abidəsini ziyarət edəcək.


APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında S. Çaqinyan deyib.


O, istənilən zorakılığa qarşı olduğunu bildirib: "Mən sabah Xocalıqurbanlarının abidəsini ziyarət edəcəm".