40
11:18
09 Noyabr 2016

Nobel prospektində ağır qəza: yaralılar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Xətai rayonu ərazisində - Nobel prospektində "KİA" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri yoldan çıxaraq səkidəki piyadalara çırpılıb. Ağır xəsarətlər alan 61 və 57 yaşlı iki qadın xəsatəxanaya yerləşdirilib.

Araşdırma aparılır.