32
11:56
10 Noyabr 2016

Bakıda məktəbli qızları vurub qaçan avtomobilin sürücüsü qadın imiş - YENİLƏNİB

Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı BPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakinləri Aytac Abbasovanın və Nizyan Cəbiyevanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Renault" markalı avtomobilin sürücüsü - paytaxt sakini Elvira Banlıyeva saxlanılıb.

Araşdırma aparılır.

*****

9 noyabr

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Binəqədi rayonu ərazisində - Şövkət Məmmədova küçəsində "Renault" markalı, 90 FM 699 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan məktəbli qızları vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 15 yaşlı iki qız xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.