40
05:38
08 Noyabr 2016

Piyadanı vurub öldürən sürücü qaçdı

Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində baş verib.

“Mercedes” markalı yük avtomobili yolu keçən piyadanı, 1971-ci il təvəllüdlü Həsənov Bəhrəm Qara oğlunu vuraraq hadisə yerindən qaçıb.

B.Həsənov aldığı yaralardan dünyasını dəyişib.

Hazırda polis sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.