39
18:55
07 Noyabr 2016

Jurnalist Zabil Müqabiloğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib.

Lent.az -ın gununsesi.info-ya istinadən xəbərinə görə, bu barədə jurnalistin yaxınları məlumat verib.

1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkimin verdiyi məlumata görə hazırda xəstənin vəziyyəti sabit ağırdır. Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın dayandırıldığını bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.