43
10:04
06 Noyabr 2016

300 kvadrat metrlik market içindəki mallarla birgə yandı

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan marketin yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları yanıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.